Şrift ölçüsü:
A+
A
A-
Kr
05 May 2014

Azərbaycandan qaçan generalda hərbi sirlər var

“Rusiyaya qaçan general-mayor Bağır Yusif oğlu Fətullayevlə bağlı Azərbaycan xüsusi xidmət orqanları araşdırmaya başlayıb”.

Bu sözləri hərbi ekspert Üzeyir Cəfərov deyib.

O, B.Fətullayevlə bağlı Silahlı Qüvvələrin yuxarı eşalonunda hər kəsin məlumatlı olduğunu bildirib:

“Bağırov Silahlı Qüvvələrin Akademiyasında xidmətdə olub. Sadəcə olaraq, Moskvada yaşayan ailəsinin yanına getmək üçün icazə istəyib. İcazəni gecikdiriblər, o da Azərbaycanı iznsiz tərk edib və bu günə qədər geri qayıtmayıb”.

Hərbi ekspert generalın hərbi sirlərə sahib bir şəxs olduğunu xatırladıb:

“Məndə olan məlumata görə, B.Fətullayev məxfi məlumatlara malikdir və onun ölkədən icazəsiz getməsi, hələ də qayıtmaması ciddi hadisədir. Belə məsuliyyətsiz adamın Azərbaycan Silahlı Qüvvələrinə necə daxil olması araşdırılmalıdır və bildiyim qədərilə araşdırılır da. O, həm də dövlətdən kifayət qədər böyük vəsait alıb”.

Ü.Cəfərov bu şəxsin Azərbaycanda olan məxfi sənədlərə əli çatdığını qeyd edib:

“Ciddi məqamlardan biri də odur ki, azərbaycanlı olsa da, Azərbaycan vətəndaşı olmayan bu şəxs “tam məxfi” qrifli hərbi xəritələrlə işləyib. Ona görə də Azərbaycanda olan hərbi sirlərə əli çatıb və heç kim də istisna eləyə bilməz ki, onu bura göndərən adamlar həmin hərbi sirləri onun vasitəsiylə əldə etməyiblər”.

Qeyd edək ki, bir müddət öncə azərbaycanlı generalın Rusiyaya qaçdığı haqqında məlumat yayılıb. Müdafiə Nazirliyi isə Azərbaycan ordusunda B.Fətullayevin hazırda xidmətdə olmadığını açıqlayıb./axar/
1926 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 11:23