Şrift ölçüsü:
A+
A
A-
Kr
05 May 2014

Pərviz Həşimlinin məhkəməsində mübahisə yaranıb

Mayın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində Pərviz Həşimlinin məhkəməsi davam edib. İclasda məhkəmə sənədləri araşdırılıb. Hakim sübutların araşdırılması mərhələsində ekspertiza rəylərini oxuyub. Məhkəmədə Təvəkkül Qurbanovla Pərviz Həşimlinin keçən il sentyabrın 17-də olan üzləşdirməsinə baxılıb. Bu zaman Pərviz Həşimli ilə digər müttəhim Təvəkkül Qurbanov arasında mübahisə düşüb. Bundan sonra məhkəmədə fasilə olub. Fasilədən sonra hakim bildirib ki, məhkəmə istintaqı sona çatıb. Mayın 12-də dövlət ittihamçısı çıxış edəcək. Pərviz Həşimli keçən il sentyabırn 17-də həbs edilib. O, qaçaqmalçılıq və qanunsuz silah saxlamaqda ittiham olunur.
1411 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 11:10