Şrift ölçüsü:
A+
A
A-
Kr
06 May 2014

AB Rusiyaya qarşı sanksiya tətbiq edə bilmədi

Avropa Birliyi ölkələri Rusiyaya qarşı əlavə sanksiyaların tətbiq edilməsi üçün razılığa gələ bilməyiblər

Brüsseldə baş tutan görüşdə Avropa Birliyinə üzv 28 ölkənin nümayəndəsi Rusiyaya qarşı əlavə sanksiyaların tətbiq edilməsinin məqsədyönlüyü haqqında razılığa gələ bilməyib.

UNİAN agentliyinin verdiyi məlumata görə, bunu Avropa Birliyinin mətbuat xidməti bəyan edib.

Diplomatlar AB xarici işlər nazirlərinin mayın 12-nə nəzərdə tutulan görüşünə qədər rəsmi Moskvaya qarşı yeni məhdudlaşdırıcı sanksiyaların tətbiq edilməsi barəsində qərar əldə etməlidirlər.

Diplomatik mənbələrin məlumatlarına əsasən, sanksiyaların tətbiqinə qarşı Yunanıstan, Kipr, Bolqarıstan, Macarıstan, Lüksemburq, Avstriya, İspaniya, Portuqaliya və Malta çıxış edir./apa/
1351 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...