Şrift ölçüsü:
A+
A
A-
Kr
06 May 2014

Tağı Əhmədovun həbsi reallaşır?

Metropolitendən keçmiş rəisi «vuran» açıqlama gəldi

«Tağı müəllim öz işini normal görsəydi, işdən çıxarılmazdı»


Bakı Metropolitenin keçmiş rəisi Tağı Əhmədovun həbs təhlükəsi ilə üz-üzə olduğu barədə məlumat vermişdik. Məlumatda deyilirdi ki, metropolitendə aparılan yoxlamalar zamanı ciddi qanunsuzluqlar aşkarlanıb. Xüsusilə metrodakı ticarət və reklamdan gələn gəlirlərin araşdırılması zamanı keçmiş rəis Tağı Əhmədovun maxinasiyalara yol verdiyi üzə çıxıb və bununla da keçmiş rəisin məsuliyyətə cəlb olunması üçün ciddi əsaslar yaranıb. Bildirilir ki, Tağı Əhmədovun həbs olunub-olunmayacağı barədə qərar yoxlamalar başa çatandan sonra veriləcək.

Bundan sonra məlumat yayıldı ki, Bakı Metropolitenin yeni rəisi Zaur Hüseynov sələfi Tağı Əhmədovu keçirdiyi iclasda ağır ittiham edib. O, Tağı Əhmədovun dövründə ciddi nöqsanların olduğunu bildirib. Yeni rəisin sözlərinə görə, mindən çox “ölü can”a qeyri-qanuni maaş yazılıb. Hətta bu adamların içində doğurdan da həyatını itirmiş şəxslər olub.

Tağı Əhmədov özü bu iddialara münasibət bildirməyib. O, müsavat.com-a deyib ki, bu barədə danışmaq istəmir. Bakı Metropolitenindən isə yayılan xəbərləri təsdiqləyən açıqlamalar verib. Qurumun sözçüsü Nəsimi Paşayev axar.az-a açıqlamasında deyib: “Tağı müəllim öz işini normal görsəydi, işdən çıxarılmazdı”.

Lakin Nəsimi Paşayev məlumatın şişirdildiyini bildirib: “Metropolitenin nə qədər işçisi var ki, min nəfər də əlavə olaraq yazılsın? Əslində bizim burda hər hansı bir açıqlama verməyimizə ehtiyac yoxdur. Tağı müəllim öz işini normal görsəydi, işdən çıxarılmazdı. Təbii ki, nöqsanlar var. Amma Metropoliten rəhbərliyinin bu barədə hər hansı açıqlama verməsindən xəbərim yoxdur”.

Bu arada “Qafqazinfo” Rusiyada yaşayan azərbaycanlı Hamlet Eyvazovun Tağı Əhmədovla bağlı ölkə başçısı Ilham Əliyevə və hüquq-mühafizə orqanlarına müraciətini yayıb. Hamlet Eyvazov bildirir ki, bir neçə ildir Rusiyaya işləməyə gedib. Orada min bir əziyyətlə 30 min manata qədər pul qazanıb.

2011-ci ilin avqust ayında bir neçə dost-tanışın məsləhəti ilə həmin pulla Nərimanov metrosunun altından iki “toçka” alıb. Eyvazova izah ediblər ki, həmin “toçka”ları icarəyə verməklə yaxşı gəlir eldə edəcək:

“Mən Nərimanov metrosunun altında satılan 2 yeri, 28000 manata Biləsuvarlı Siyasətdən almışam. Siyasətin telefonu: 051 820 23 24-dür. Pulu Siyasətə verdim. Siyasət də mənim yanımda pulu verdi Elşənə. Onlar özlərini metronun işçisi kimi təqdim edirdilər və ”toçka"ları rahatca kim istəyirdisə, ona satırdılar. Metroda alver üçün düzəldilən yerlərin hamsı plastmasdan mebel rəngində eyni şəkildə duzəldilmişdi və satılırdı. O plastmasdan qurulan mebelə görə hər yerdən əlavə 1100 manat alırdılar. Bu hesabla 2 yer üçün 2200 manat pulu özünü oranın işcisi kimi təqdim edən Fərəcə vermişəm. Fərəcin telefonu: 055 404 40 44.

Hər ayın 26-da Fərəc, Aqil ( 055 242 23 33) hər yerdən 475 manat yer pulu yığırdılar. Mən 2 yerə hər ay 950 manat yer pulu verirdim. Hər bir yerdən orta hesabla mənim qazandığım pul 350 manat olub.

Bütün işlər Elşənin razılığı ilə həll olunurdu. Elşən də Tağı Əhmədovun oğlu Raufun yaxın dostu idi. Ümumiyyətlə, metroda yığılan bütün pullar Elşənə çatdırılıb, Elşən də pulu çatdırıb Tağı Əhmədovun oğlu Raufa. Rauf Əhmədov Xətai Rayon Məhkəməsində hakimdir, o həmçinin metrolarda reklam işlərinə baxırdı".

Hamlet Eyvazov yazır ki, Tağı Əhmədov işdən çıxarılandan sonra onun bütün əlaltıları, qohumları da aradan çıxıb. Indi isə metrodakı yerləri söküblər: “Bəs mən pulumu haradan və kimdən almalıyam? Xahiş edirəm ki, mənə və bəlkə də mənim kimi halal pulu Tağı Əhmədov, onun qohum-əqrəbası tərəfindən mənimsənilmiş yüzlərlə başqa əlacsız insanlara köməklik göstərərsiniz”./azadlıq/
1583 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 15:41