Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Oktyabr 2013

Suriyada münaqişə dövründə 100 mindən çox insan həyatını itirib

Suriyada hakimiyyət qüvvələri ilə silahlı qruplaşmalar arasında gedən döyüşlər, həmçinin təşkil edilən müxtəlif hücumlar, terror aktları nəticəsində 115 min 206 nəfər həyatını itirib, - “İTAR-TASS”.

Məlumata görə, bu barədə açıqladığı hesabatında Suriyanın İnsan Haqları Komitəsi məlumat verib. Məlumata görə, 2011-ci il martın 18-dəmn 2013-cü il sentyabrın sonuna qədər Suriyada 115 min 206 nəfər həyatını itirib.

Məlumata görə, həyatını itirənlərin 58 minə qədər dinc insanlar, 17 mini silahlı yaraqlılar, 28 mini isə hərbçilər olub. Eyni zamanda öldürülənlər arasında 4460 nəfər ölkəyə gəlmiş xarici yaraqlılar və terrorçular olub./Deyerler
872 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP