Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Oktyabr 2013

Mitinqinin təşkilatçıları polis idarəsində

27 oktyabr mitinqinin təşkilatçıları Bakı şəhər Baş Polis İdarəsinə çağırılıblar
Demokratik Qüvvələrin Milli Şurasının oktyabrın 27-nə təyin etdiyi mitinqlə əlaqədar aksiyanın təşkilatçıları - AXCP fəalı Aydın Əliyev və Müsavat Partiyasının Təşkilat şöbəsinin müdiri Razim Əmiraslanov Bakı şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb.

Bu barədə APA-ya məlumat verən R. Əmiraslanovun sözlərinə görə, Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov və Bakı şəhər prokurorunun müavini Fazil Həsənəliyevin iştirakı ilə baş tutan görüşdə onlara mitinqdə hər hansı qanun pozuntusuna yol verilməməsi ilə bağlı xəbərdarlıq edilib: “Səmimi görüş oldu. Mitinqdə hər hansı qanun pozuntusuna yol verilməməsi ilə bağlı xəbərdarlıq edildi”.

R. Əmiraslanov qeyd edib ki, görüşdə 12 oktyabr mitinqindən sonra baş verən insident də müzakirə olunub: “Biz bildirdik ki, Milli Şura olaraq mitinqlərin sivil qaydada, Konstitusiya çərçivəsində keçirilməsinin tərəfdarıyıq. Hər hansı təxribat maraqlarımıza uyğun deyil”.

Xatırladaq ki, Milli Şuranın 27 oktyabr mitinqi Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb. Milli Şura adından BŞİH-ə göndərilmiş məktubu A. Əliyev və R. Əmiraslanov imzalayıblar. /Müsavat.com/
3043 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.10.19, 09:38
Saatlıda bıçaqlanma olub
15.10.19, 11:00
Ronaldodan tarixi rekord
13.10.19, 10:03
Tovuzda qətl törədilib
11.10.19, 08:43
Türkiyə ordusu itki verdi
Go to TOP