Şrift ölçüsü:
A+
A
A-
Kr
06 May 2014

06 mayda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Mayın 06-da hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Havanın temperaturunun gecə 11-16, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.
Cənub küləyinin sürəti 8-13 m/s, gündüz arabir 16 m/s-dək güclənəcək, axşam şimal-qərb küləyinin sürəti 10-15 m/s təşkil edəcək.
Azərbaycanın rayonlarında
Mayın 06-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 11-16, gündüz 27-32, dağlarda gecə 5-10, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Mayın 06-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişli olsa da, mayın 07-08-də arabir güclənən xəzri küləyi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.
1670 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber