Şrift ölçüsü:
A+
A
A-
Kr
06 May 2014

“Xalq ayağa qalxanda o, məğlubedilməz olur”

Əli Kərimli hakimiyyətin «Aslanlar»ını mənasız layihə adlandırdı

Son günlərin əsas müzakirə mövzularından biri hakimiyyətin yeni yaratdığı xüsusi təyinatlı dəstə - “Aslanlar”dır. Dünyada, regionda baş verən hadisələr, antidemokratik rejimlərin çökməsi YAP iqtidarını da qorxuya salıb. Onlar hakimiyyəti qorumaq üçün çeşidli yollara, vasitələrə əl atırlar. AXCP sədri Əli Kərimli “facebook” səhifəsində hakimiyyətin bu addımına münasibət bildirib.

“Qorxmuş adamın hərəkətlərində məntiq olmaz. Beləsi yararlı-yararsız bütün vasitələrə baş vurar. Bunlar da qorxu içindədirlər. Çoxminlik polis, Daxili Qoşunlar, Qvardiya, Çevik Polis Alayı... bəs etməyib, indi də hakimiyyətlərini qorumaq üçün DIN-nin ”Aslanlar" xüsusi təyinatlı dəstəsini yaradıblar. Əvvəla, gərək özünüzə belə gurultulu ad seçməyəydiniz, düşər-düşməzi olar. Ukraynadakı avtoritar rejim də xüsusi təyinatlılarını qeyri-təvazökarcasına “Berkut” (qartal) adlandırırdı. Gördünüz də sonları necə oldu? Xalqın qarşısından əvvəlcə qaçası, sonra da diz çöküb, üzr istəməli oldular. Ikincisi və ən vacibi: bu xalqın pullarını niyə mənasız layihələrə xərcləyirsiz? Nəyə lazımdır yeni xüsusi təyinatlılar? Əgər söhbət müxalifətin keçirdiyi və keçirəcəyi etiraz aksiyalarından gedirsə, biz etiraf edirik ki, onların qarşısını (qanunsuz olsa da) təkcə Çevik Polis Alayı da ala bilir. Yox, nə zamansa bütövlükdə xalqın ayağa qalxacağından qorxursunuzsa, o halda yenə mənasız iş görürsünüz. Onsuz da hamılıqla ayağa qalxmış xalqın qarşısını ala bilməzsiniz. Misir inqilabından Ukrayna inqilabına qədər ətrafımızda baş verənlərdən başa düşmədiniz ki, xalq ayağa qalxanda o, məğlubedilməz olur?"./azadlıq/
1516 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı