Şrift ölçüsü:
A+
A
A-
Kr
06 May 2014

Psixoloji pozğunluqlar ağır xəstəliklərə səbəb olur

Dünyada ən çox rast gəlinən ağır xəstəliklərdən biri infarktdır. Bildiyimiz kimi bu xəstəliyin əsas səbəblərindən biri psixoloji rahatsızlıqlar hesab olunur.
Məlumata görə ağır xəstəliklər keçirən və psixoloji cəhətdən problemi olan insanlar, sağlam insanlarla müqayisədə daha çox xəstələnirlər. Günümüzdə daha çox depressiya və digər əqli xəstəliklər insan sağlamlığına təhlükə yaradır. Reanimasiyaya düşən bəzi xəstələr stress yaradan faktorların onları bu vəziyyətə gətirdiyini bildirib.
Pittsburq Səhiyyə Mərkəzinin həkimi Derek Angus ağır xəstəliklər və əqli durum arasındakı əlaqələrdən danışıb. Onun sözlərinə görə tədqiqata başlamazdan əvvəl Danimarkada reanimasiyaya düşən ağır xəstələrin xəstəlik tarixçəsi ilə tanış olub. Sepsis və ya pnevmoniya kimi xəstəliyi olanlarla da maraqlanıb.
Tədqiqat zamanı xəstəxanaya təcili yardımla gələnlər və digər xəstələr arasında müqayisələr də aparıb. Nəticdə müəyyən edilib ki, təcili yardım göstərilənlərin çoxunda psixoloji xəstəliklər əvvəlcədən olub. Buda onu sübut edir ki, depressiv hallarla üzləşənlərdə ağır xəstəliklər daha çox yaranırmış.
Bu baxımdan psixologiyaya zərər edən faktorlardan uzaq olmaq, düzgün həyat tərzinə fikir vermək yetərlidir.
Unutmaq lazım deyil ki, sağlamlıq insanın özündən başlayır. Hər kəs sağlamlğına fikir versə həyat daha gözəl olar.
1565 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 18:03