Şrift ölçüsü:
A+
A
A-
Kr
06 May 2014

NIDA-çıların aclıq aksiyası nə vaxta qədər davam edəcək?

NIDA Vətəndaş Hərəkatının həbsdə olan 8 üzvü acliq aksiyasını davam etdirir. Bu haqda Azadlıq Radiosuna hərəkatın Idarə Heyətinin üzvü Aygül Pəncəliyeva məlumat verib: “Artıq 19 gündür aclıq davam edir. Qohumları Üzeyir Məmmədli ilə görüşüblər. Üzeyirin vəziyyəti çox pisləşib. Qohumlarının dediklərinə görə, başını güclə bədəninin üstündə saxlayırmış. Digər NIDA-çılarla qohumları telefonda danışıblar. Onların vəziyyəti yaxşı deyil. Buna baxmayaraq aclıq aksiyasını davam edəcəklərini deyiblər. Üzeyir deyib ki, aksiyanın davam etdirib-etdirməyəcəklərini məhkəmənin çıxaracağı qərardan sonra müzakirə edəcəklər”.

8 NIDA-çı ötən ilin mart-aprel aylarında həbs edilib. Onlar xuliqanlıqda, narkotik vasitələri qanunsuz saxlamaqda, kütləvi iğtişaşları təşkiletmə və ya belə iğtişaşlara qatılmaqda ittiham olunurlar.

Vəkillərinin söylədiyinə görə, həbsdəki 8 NIDA-çı ədalətli məhkəmə qərarı və azad olunmaları tələbi ilə aprelin 17-dən aclıq aksiyasına başlayıblar. Aprelin 20-də onların valideynləri də övladlarının buraxılması üçün aclıq elan etmişdilər. Ancaq övladlarının “siz aclığı dayandırmasanız, biz quru aclığa başlayırıq” mesacından sonra valideynlər aprelin 24-də aclığı müvəqqəti dayandırdıqlarını bildiriblər.

YAP icra katibinin müaviniÿ Mübariz Qurbanlıÿ valideynlərin və 8 NIDA-çının aclıq aksiyalarını məhkəməyə təzyiq adlandırıb.

Penitensiar Xidmət təcridxanada aclıq aksiyası saxlanmasını təkzib edib. Xidmətdən bildiriblər ki, onlar təcridxanada normal qidalanırlar.

Dövlət ittihamçısı məhkəmədə NIDA-çılara 6 il yarımdan 8 il yarımadək həbs cəzası istəyib. Onlar elə həmin gündən aclıq aksiyası elan ediblər./azadlıq/
1513 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber