Şrift ölçüsü:
A+
A
A-
Kr
06 May 2014

İlham Əliyevin müavin siyasəti

Hansı nazirlikdə neçə müavin var?

Ölkə başçısı Ilham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev və Tibb Universitetinin rektoru, deputat Əhliman Əmiraslanovun oğlu Tapdıq Əmiraslanov fövqəladə hallar nazirinin müavini təyin edilib. Bununla da Kəmaləddin Heydərovun müavinlərinin sayı yeddiyə çatdırıldı. Bu sərəncama qədər Fövqalədə hallar nazirinin müavinlərinin sayı beş idi: Rəfail Mirzəyev, Faiq Tağızadə, Etibar Mirzəyev, Rahim Lətifov və Orucəli Hacıyev.

Bu sərəncama qədər nazirlər arasında müavinlərinin sayına görə Kamaləddin Heydərova yalnız Daxili işlər naziri Ramil Usubov rəqib idi. Dünən verilən sərəncamla “fövqəlnazir” tək lider oldu.

“Azadlıq” nazirliklərin və onların müavinlərinin siyahısını təqdim edir:

Daxili işlər naziri Ramil Usubovun 5 müavini var: Vilayət Eyvazov, Oruc Zalov, Əsgər Ələkbərov, Şahin Məmmədov, Fazil Quliyev.

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun 3 müavini var: Firdovsi Əliyev, Novruz Quliyev və Rauf Hacıyev.

Energetika naziri Natiq Əliyevin 2 müavini var: Gülməmməd Cavadov və Natiq Abbasov.

Ədliyyə naziri Fikrət Məmmədovun 4 müavini var: Toğrul Musayev, Vilayət Zahirov, Azər Cəfərov və Mədət Quliyev

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun da 4 müavini var: Idris Isayev, Mətin Kərimli, Natiq Məmmədov və Ilqar Rəhimov.

Gənclər və idman naziri Azad Rəhimovun 2 müavini var: Intiqam Babayev və Ismayıl Ismayılov.

Xarici işlər naziri Elmar Məmmədyarovun 5 müavini var: Araz Əzimov, Xələf Xələfov, Mahmud Məmməd-Quliyev, Hafiz Paşayev və Nadir Hüseynov.

Iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin 4 müavini var: Niyazi Səfərov, Sevinc Həsənova, Sahil Babayev və Sahib Məmmədov.

Kənd təsərrüfatı naziri Heydər Əsədovun 1 müavini var: Ilham Quliyev.

Maliyyə naziri Samir Şərifovun 2 müavini var: Ilqar Fətizadə və Azər Bayramov.

Mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin 4 müavini var: Vaqif Əliyev, Ədalət Vəliyev, Sevda Məmmədəliyeva və Nazim Səmədov.

Müdafiə naziri Zakir Həsənovun 5 müavini var: Nəcməddin Sadıkov, Çingiz Məmmədov, Ramiz Tahirov, Qorxmaz Qarayev və Kərəm Mustafayev.

Nəqliyyat naziri - Ziya Məmmədovun 1 müavini var: Musa Pənahov.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun 2 müavini var: Iltimas Məmmədov və Elmir Vəlizadə.

Səhiyyə naziri Oqtay Şirəliyevin 3 müavini var: Abbas Vəlibəyov, Nigar Əliyeva və Elsevər Ağayev.

Təhsil naziri Mikayıl Cabbarovun 1 müavini var: Ceyhun Bayramov.

Vergilər naziri Fazil Məmmədovun 4 müavini var: Natiq Əmirov, Namiq Əliyev, Sahir Məmmədxanov və Sahib Ələkbərov.

Müdafiə sənayesi naziri Yavər Camalovun 2 müavini var: Yəhya Musayev və Tofiq Rəfiyev.

Milli Təhlükəsizlik Nazirliyinin saytında (www.mns.gov.az “http://www.mns.gov.az”) nazir Eldar Mahmudovun neçə müavinin olması barədə heç bir məlumat yoxdur./azadlıq/
2067 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber