Şrift ölçüsü:
A+
A
A-
Kr
06 May 2014

Vəhabilərin başçısına ölkədən çıxmaq qadağan edildi

Azərbaycandakı vəhabilərin liderinə ölkədən çıxmaq qadağan edildi 

Əlixan Musayevin Türkiyədəki ərəb cihadçıları ilə görüşməsi başına bəla olub

Azərbaycan Vahhabilərin "Xavaric-Cihad-Təkfirci" qolunun rəhbəri Əlixan Musayev barədə şok məlumatlar yayılıb. 

Qaraçuxur məscidində dindarlar arasında yayılan məlumatlarda deyilir ki, Əlixan Musayevə Azərbyacandan çıxmaq qadağan edilib. Bunun səbəbi onun Türkiyəyə gedərək Türkiyədə Suriyada savaşan ərəb cihadçıları ilə əlaqə qurması göstərilir.

Məlumatda deyilir ki, Əlixan Musayev xaricə gedişi qadağan edildiyi üçün cihadçıların işlərini xalası oğlu Mübariz Qaradağlı davam etdirir. «Bəzi vəhhabilər isə düşünür ki, Əlixan Musayev bu məlumatı yalandan yaydırıb. Əslində özü Türkiyəyə getməyə qorxur ki, Türkiyə polisi onu həbs edər. Həm də o, Türkiyədəki cihadçı dostlarına verdiyi vədləri yerinə yetirə bilməyib»./Politika/
1442 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber