Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Oktyabr 2013

Neft pulları göyə sovrulan ölkədə 50 ailənin həyatı təhlükədədir

Ağdamdan olan qaçqınlar çadırlarda gecələyirlər

Bakının Binəqədi rayonu Həmzə Babaşov küçəsində qaçqın və məcburi köçkünlərin yaşadığı bina söküləcək. Sakinlərin “Yeni Müsavat” a verdiyi məlumata görə, artıq onlara icra hakimiyyəti tərəfindən şifahi xəbərdarlıq edilib. Sakinlər deyir ki, uzun illərdir burada baxımsız və şəraitsiz mənzillərdə yaşamaq məcburiyyətində qalıblar. Onlar iddia edir ki, yataqxanalarda yerləşən qaçqın və məcburi köçkünlərə verilməli olan evlər satılıb. 
Qeyd edək ki, sözügedən binanın yaxınlığında sonradan tikilmiş bir neçə gecəqondu var. Ağdam və Xocalı qaçqınlarının məskunlaşdığı həmin evlər bir neçə gün öncə Binəqədi Rayon İcra  Hakimiyyəti tərəfindən verilən qərarla sökülüb. Ağdam qaçqını Arif Bayramovun sözlərinə görə, əllərində heç bir məhkəmə qərarı olmadan evlərini polis gücünə başlarına uçurublar: “Bütün dövlət orqanlarına müraciət etmişik. Bizə cavab vermirlər. Qızım və ailəsi ilə birgə yaşayırıq. Bir evdə 12 nəfər yaşayırdıq. Evimizi sökəndən sonra çöldə taxtadan alaçıq düzəldərək gecələmək məcburiyyətinə qalmışıq. Dəfələrlə icra hakimiyyətinə müraciət etmişik. Bizə heç kəs kömək etmir”. 
A. Bayramovun sözlərinə görə, getdiyi bütün dövlət instansiyalarında haqsızlıq və süründürməçiliklə üzləşiblər: “Ağdamdan çıxıb bura Bakıya sığınanda həmişə qayıdacağımız ümidi ilə yaşadıq. Paytaxtın müxtəlif yerlərində ev kirayələyib yaşamaq məcburiyyətində qaldıq. Heç yerdə ev növbəmiz yoxdur. Bakının müxtəlif yerlərində məskunlaşanları yeni tikilən şəhərciklərdəki binalara yerləşdiriblər. Bizə niyə ev verilmir? Və yaxud bizi niyə qeydiyyata almırlar? Mən hara getməliyəm? Çadır qurub küçədə gecələyirik. Yenə də imkan vermirlər. Bizə deyirlər ki, nəyiniz var yığışdırıb gedin”. 
Ağdam sakini Elmira Şəfiyeva isə, tibb bacısı olduğunu və Qarabağ müharibəsi zamanı ön cəbhədə yaralılara yardım etdiyini söylədi: “Bizim rayonumuz Qarabağ müharibəsi zamanı ən çox şəhid verən rayondur. Biz heç bir ölkədən sığınacaq da istəmirik. Dövlətdən bizi bir yerə yerləşdirməsini  tələb edirik”. 
Qeyd edək ki, Ağdamdan olan məcburi köçkünlər bu ilin oktyabrın 11-dən çadırda yaşayırlar. Polis zor tətbiq edərək onu və ailəsini küçəyə atıb, yaşadıqları evi isə söküblər. Evlərindən çıxarılmalarına səbəb kimi onların Binəqədi rayonunda qeydiyyatda olmaması göstərilib. Ancaq şikayətçilər deyir ki, bu binaya köçərkən Binəqədi Rayon İcra Hakimiyyətindən şifahi olaraq icazə alıblar. Sakinlər bildirdilər ki, əsas günahkar Binəqədi rayon 108 saylı Mənzil İstismar İdarəsinin müdiridir. Bina sakinlərinin sözlərinə görə, 108 saylı Mənzil-istismar İdarəsindən Babək adlı şəxs burada yaşaya bilmələri üçün onlardan ümumilikdə 1500 manat istəyir. 
Çadırda yaşayan məcburi köçkünlərin sözlərinə görə, onlar evləri sökülməzdən əvvəl yaşayış yeri üçün Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət ediblər. Ancaq oradan bildirilib ki, bu məsələ onların səlahiyyətində deyil, ev üçün Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə müraciət olunmalıdır. Komitəyə müraciət edən ailələr isə bu dəfə Binəqədi Rayon İcra Hakimiyyətinə yönəldiliblər. 
Məcburi köçkünlər bildirirlər ki, onlar bir neçə dövlət idarəsinin arasında qalıblar. Problemi ötür-ötür oyununa çevirənlər məsələni həll eləmək istəmirlər. 
Xatırladaq ki, məsələ  ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Azər Eyvazov mətbuata verdiyi açıqlamada bildirib ki, qaçqınlara ev vermək onların səlahiyyətində deyil. A.Eyvazovun sözlərinə görə, hazırda köhnə təcili tibbi yardımın binasında yerləşən yataqxanadakı qaçqın və məcburi köçkünlər dövlət tərəfindən verilən evlərə köçürülürlər. Şöbə müdiri deyir ki, qaçqınların evlə təminatı növbə ilə həyata keçirilir və əgər bu ailələr də qeydiyyatda olduqları yerlərdəki yataqxanalarda yaşasalar onlara da növbə çatacaq. /Müsavat/

Neft pulları göyə sovrulan ölkədə 50 ailənin həyatı təhlükədədir

 

Neft pulları göyə sovrulan ölkədə 50 ailənin həyatı təhlükədədir

 

Neft pulları göyə sovrulan ölkədə 50 ailənin həyatı təhlükədədir

 

Neft pulları göyə sovrulan ölkədə 50 ailənin həyatı təhlükədədir

 

Neft pulları göyə sovrulan ölkədə 50 ailənin həyatı təhlükədədir

1830 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 08:11
Tale