Şrift ölçüsü:
A+
A
A-
Kr
06 May 2014

Ziya Məmmədovun rayonları əlindən alınır

Ziya Məmmədovun rayonları əlindən alınır Nəqliyyat nazirinin vurulması üçün son hazırlıqlar başlayıb

Nəqliyyat naziri Ziya Məmmədovun nəzarətində olan bütün rayonlar onun əlindən alınacaq. Bu barədə Politika.az-a hakimiyyətdəki etibarlı mənbələrdən məlumat daxil olub.

Məlumatda deyilir ki, nəqliyyat nazirinin nəzarətində olan rayonlardakı vəziyyəti araşdıran hakimiyyət dairələri durumun kifayət qədər pis olduğu qənaətinə gəliblər. Üstəlik, ən çox problemi olan və əhali arasında narazılıq yaşanan rayonlar da Ziya Məmmədovun kurasiyasındakı məntəqələrdə yaşanır. Rəsmi qurumlar belə qərara gəliblər ki, ümumiyyətlə, Məmmədovları bu işlərdən kənarlaşdırsınlar.

Mənbə qeyd edib ki, əslində, bu Ziya Məmmədovun vurulması üçün son hazırlıqdır. Qardaşı oğlanlarının Bakı küçələrində çıxdığı hoqqalardan sonra çətin duruma düşən nazir vəziyyətdən çıxmağı bacarmayıb. Bunun üçün resurslarını işə salan sözügedən şəxsin hətta sərt təpki ilə qarşılaşdığı da vurğulanır.

Bildirilir ki, Ziya Məmmədovun özünün karyerası da sual altındadır. İddia edilir ki, nəqliyyat naziri yaxın vaxtlarda vəzifəsindən azad ediləcək./politika/
1485 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
02.12.16, 23:55