Şrift ölçüsü:
A+
A
A-
Kr
06 May 2014

Qubanın icra başçısının adı qalmaqala qarışdı

Qubanın icra başçısının adı qalmaqala qarışdı Mübariz Ağayevin yaxın qohumu Aynar Məmmədovla sürət yarışına çıxırmış, onun DYP əməkdaşları tərəfindən saxlanılması barədə göstəriş verildiyi deyilir

Son günlər ölkədə məmur övladlarının bahalı həyat tərzi, avtomobillərlə avtoşluq etmələrinə dair çeşidli məlumatlar yayımlanır. Xüsusən də bu sırada əsas adı çəkilənlər sırasında nəqliyyat naziri Ziya Məmmədovun qardaşı uşaqları öncəlik təşkil edirlər.

Politika.az-ın əldə etdiyi məlumata görə, yayılan həmin videogörüntülərdə qeydə alınan avtomobillərin birinin sahibi bəlli olub. Məlumata görə, həmin şəxs Qubanın icra başçısı Mübariz Ağayevin yaxın qohumudur. İcra başçısı olan yaxın qohumunun hesabına böyük imkanlar əldə edən həmin gəncin Bakıda və Qubada dəfələrlə avtoşluq etdiyinə dair geniş məlumatların olduğu da vurğulanır. Həmin xəbərlərdə deyilir ki, sözügedən şəxsin deputat Elton Məmmədovun oğlu Aynar Məmmədovla çox yaxşı dostluq münasibətləri mövcuddur.

Mübariz Ağayevin qohumunun kimliyi artıq DYP əməkdaşları tərəfindən müəyyənləşdirilib. Yaxın günlərdə onun maşınının saxlanılaraq, cərimə meydançasına aparılacağı gözlənilir.

Xatırladaq ki, Qubanın icra başçısı Mübariz Ağayev nəqliyyat naziri Ziya Məmmədovun kadrı hesab olunur./politika/
1491 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat