Şrift ölçüsü:
A+
A
A-
Kr
06 May 2014

Suriyada azərbaycanlı qadınların tağımı yaradıldı - Fotolar

Bəşər Əsədə qarşı döyüşən vəhhabilər onları iki qrupa bölüblər: «intihar dəstəsi» və «döyüşənlər»

Suriyada azərbaycanlıların döyüşdüyü və onların ayrıca batalyon şəklində vuruşduqları sirr deyil. Heç o da sirr deyil ki, bu ölkəyə döyüşə gedənlərin əksəriyyəti ail əvə uşaqlarını da özləri ilə aparıblar.

Ötən həftədən etibarən azərbaycanlı qadınlardan ibarət tağım yaradılıb. Silahla təhciz olunmuş həmin qadınların xüsusi təlim gördükləri də verilən məlumatlar sırasındadır. Qeyd olunur ki, yeni yaradılmış tağım iki qrupdan ibarətdir. Birinci qrup «döyüşçülər»dir ki, onlar ərləri ilə birlikdə savaşa qatılırlar. İlkin mərhələdə bu qrup ehtiyat qüvvə kimi nəzərdə tutulsa da, sonradan zərurət yarandığından döyüşlərə aktiv qatılmalı olublar.

İkinci qrup isə «intihar dəstəsi»dir. Politika.az - a çatan bilgilərdə deyilir ki, bu qadınlar əsasən ərlərini Suriyada gedən döyüşlərdə itirənlərdir. Onlar «cənnə gedəcəkləri» vədi ilə aldadılaraq, Bəşər Əsəd ordusuna məxsus qərargahlara gedərək, orada özlərini partlatmalıdırlar. Amma bu dəstənin hələlik aktiv fəaliyyətə keçirilməsi müvəqqəti olaraq dayandırılıb. 


Suriyada azərbaycanlı qadınların tağımı yaradıldı
Suriyada azərbaycanlı qadınların tağımı yaradıldı
Suriyada azərbaycanlı qadınların tağımı yaradıldı
Suriyada azərbaycanlı qadınların tağımı yaradıldı
/publika/



1630 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
</