Şrift ölçüsü:
A+
A
A-
Kr
06 May 2014

Tağı Əhmədovun oğluna qarşı məhkəmə iddiası

Qarabağ əlilləri Xətai Rayon Məhkəməsinin və Ali Məhkəmənin qarşısında etiraz aksiyası keçirməyə hazırlaşır.

Bu barədə Vətən Müharibəsi Əlliləri Birliyinin sədri Firudin Məmmədov məlumat verib. F.Məmmədov deyib ki, onları bu aksiyanı keçirməyə vadar edən Bakı Metropoliteninin keçmiş sədri Tağı Əhmədovun oğlu Rauf Əhmədovdur.

Təşkilat sədrinin sözlərinə görə, Xətai rayon Məhkəməsinin hakimi olan R.Əhmədov Qarabağ əlili Bəxtiyar Kazımovu aldadaraq külli miqdarda pulunu mənimsəyib: “Bəxtiyar Kazımov bizim təşkilata müraciət edib. Döyüşçü yoldaşımız müraciətində bildirir ki, “İnşaatçılar” metrosunda kiçik ticarətlə məşğul olurmuş. Tağının oğlunun pul yığanları köşklər yığışdırılmamışdan bir müddət əvvəl ondan 22 min manat pul alıblar. Metro ticarətinə həmin Rauf Əhmədov rəhbərlik edir. Adamlarını göndərir ticarətçilərdən pul yığırlar. Pul yığımı heç bir qayda ilə tənzimlənmir. Bəxtiyardan 22 min alanda deyiblər ki, bundan sonra da rahat şəkildə ticarətini davam etdirəcək. Bəxtiyar da 4 bangdan kredit götürüb, tələb olunan məbləği ödəyib ki, işləyib qaytaracaq. Bununla yanaşı hər ay 800-900 manat yer haqqı da verib”.

F.Məmmədov deyir ki, döyüş yoldaşı acınacaqlı durumdadı. Banglar kreditin faizini hesablamağa başlayıb. B.Kazımovun adına hər saat faiz cərimələri yazılır. Belə getsə, daha bir Qarabağ əlili intihar etməyə məcbur olacaq./Azerfax/
1318 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber