Şrift ölçüsü:
A+
A
A-
Kr
06 May 2014

Rus tankları Qırmızı Meydanda

Rusiyanın paytaxtı Moskvada 9 May Qələbə Bayramına görə Qırmızı Meydanda hərbi texnikanın keçid mərasiminin məşqləri olub.

Rusların II Dünya müharibəsində faşist ordusuna qarşı qazandıqları qələbəyə görə hər il Qırmızı Meydanda keçirilən hərbi paradın hazırlıqları davam edir.

Axşamdan başlayan və təxminən bir saat davam edən hazırlıqda tanklar, mərmi daşıyıcıları və başqa hərbi vasitələr görsənib.

Qeyd edək ki, 9 Mayda Qırmızı Meydanda keçiriləcək hərbi paradda rus hərbi vasitələrinin ən dəbdəbəli tank və raket sistemlərinin sərgilənməsi ilə birlikdə, təyyarə və helikopterlərin də uçması gözlənilir.
1348 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi