Şrift ölçüsü:
A+
A
A-
Kr
06 May 2014

Suriya ordusu 200-dən artıq silahlını öldürüb

Suriya hökümət ordusu əl-Qunəytərə əyalətində 200-dən artıq silahlını öldürüb. İnterAz-ın “əl-Aləm”ə istinadla verdiyi xəbərə görə, son iki gündə əl-Qunəytərə əyalətinin Təll-Əhmər və Təll-Cabiyə bölgələrində tərəflər arasında şiddətli döyüşlər baş verib ki, burada silahlılardan minimum 200 nəfər ölüb və bir o qədər də yaralanıb. Yaralıların İordaniya-Suriya sərhəddindəki xəstəxanalara yerləşdirildiyi bildirilib. Qarşıdurmalar digər əyalətlərdə də baş verib.

Türkiyə sərhəddində yerləşən İdlib əyalətinin Mərət-Numan şəhəri ərazisində hakimiyyət qüvvələrinin yerləşdiyi bir nəzarət buraxılış məntəqəsinə hücum edilib.

Bu arada Dirazzur əyalətində “İraq-Şam İslam Dövləti” (DAİŞ) ilə “ən-Nusra Cəbhəsi” arasında gedən qarşıdurmalar daha da şiddətlənib. Bölgədə yaşayan sakinlərin digər əyalətlərə və bölgələrə axını davam edir.
1838 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.02.18, 17:47
Anar Əliyev güllələndi
19.02.18, 19:12
Suriya ordusu Afrinə girir
18.02.18, 11:14
Yaşıl çay için
Go to TOP