Şrift ölçüsü:
A+
A
A-
Kr
06 May 2014

"Qalib gəlsəm, “Müsəlman Qardaşlar” yox ediləcək"

Əbdülfəttah Sisi: "Qalib gəlsəm, “Müsəlman Qardaşlar” yox ediləcək"
“Misirlilər "Müsəlman Qardaşlar"la sazişə girmək istəmir və mən misirlilərin istəyini həyata keçirəcəyəm”

“Misirlilər "Müsəlman Qardaşlar"la sazişə girmək istəmir və mən misirlilərin istəyini həyata keçirəcəyəm”. İnterAz-ın Əlcəzirəyə istinadla verdiyi xəbərə görə, bunu Misirin sabiq müdafiə naziri və ölkədə keçiriləcək prezident seçkilərinə əsas namizəd ƏbdülFəttah Sisi deyib. O, ölkənin bir sıra telekanallarına verdiyi müsahibədə, şimal əyalətlərində və Qahirədə törədilən terror aktlarını “Müsəlman Qardaşlar”la əlaqələndirib və bu hərəkatın silahlı qruplaşmalara dəstək veridiyini iddia edib. Ə. Sisi məhz bu səbəbdən prezident seçiləcəyi təqdirdə, “Müsəlman Qardaşlar” hərəkatının yox ediləcəyini qeyd edib.

Bildirək ki, Misir silahlı qüvvələrin sabiq komandanı ƏbdülFəttah Sisi ötən ilin iyul ayında ölkənin qanuni prezidenti Məhəmməd Mursini devirərək, müvəqqəti hökümət təşkil edib. Bir ay öncə isə o, tutduğu hərbi vəzifələrdən istefa verərək, prezidentliyə namizədliyini irəli sürüb.
1709 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber