Şrift ölçüsü:
A+
A
A-
Kr
06 May 2014

Sual.nur-az.com-da günün sualı

Fiqhi

Sual:
Salam aleykum. Qızın ərə getməsi üçün atasının icazəsi mütləq lazımdır? Ola bilər ki atanın icazəsi lazım olmasın meselen qiz ere getmey isteyir amma ata vermir.
Ad: Sevda, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei

Cavab:
Bismillahir-rəhmanır-rəhim
Vacib ehtiyata görə bakirə qızın izdivacı üçün onun atasının ya ata tərəfindən olan babasının izni şərtdir.
Aşağıdakı surətlərdə bu izin götürülür:
Qızın izdivac etməyə ehtiyacı olsa və onun üçün şəri və ürfü baxımdan (camaatın nəzərincə) tay elçi tapılmışdır, hal-hazırda da ondan başqa münasib elçi yoxdursa, atanın (və ata babasının) izni götürülür.
Habelə, əgər ata ğayib olsa və icazə almaq üçün onu tapmaq mümkün deyilsə, yaxud ata izdivac işini qızın özünə tapşırıbsa, yenə onun izni götürülür.
1744 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...