Şrift ölçüsü:
A+
A
A-
Kr
06 May 2014

Avtoşlar Qənirə Ataşovaya hücum etdi

ANS telekanalının əməkdaşı, tanınmış teleaparıcı Qənirə Ataşova avtoxuliqanların təzyiqinə məruz qalıb.

Məlumata görə, bir neçə gün öncə tanınmış teleaparıcı Sumqayıt şəhəri ərazisində şəxsi avtomobilini idarə edərkən avtoxuliqanlar ona “hücum” ediblər.

Bildirilir ki, avtoxuliqanlardan biri tanınmış iş adamlarından birinin oğludur və ANS rəhbərliyinin ciddi təzyiqlərindən sonra o, hüquq-mühafizə orqanları tərəfindən cəzalandırılıb.

Qənirə Ataşova hadisəni təsdiqləyib: “Bəli, Sumqayıtda avtoxuliqanların hücumuna məruz qaldım. Maşınımı sıxışdırdılar. Bu vaxt ərazidəki polislər onları saxlayıb tədbir görülməsi üçün aidiyyatı polis bölməsinə apardılar. Fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır”. /aznews/
1845 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:19
Tramp: "Ruslar çox a