Şrift ölçüsü:
A+
A
A-
Kr
06 May 2014

Orxan Zeynalovun təqsiri sübut olunub

Rusiya İstintaq Komitəsi Azərbaycan vətəndaşı Orxan Zeynalova qarşı açılmış cinayət işininin istintaqını yekunlaşdırıb. Modern.az saytı İstintaq Komitəsinə istinadən xəbər verir ki, Orxan Zeynalov rusiyalı gənc Yeqor Şerbakovu xuliqanlıq zəmində qətlə yetirməkdə ittiham olunur.

Komitənin məlumatına görə, istintaq cinayətin başvermə şəraitini tam şəkildə bərpa edib və Zeynalovun günahını sübuta yetirib. İstintaqçılar müəyyən ediblər ki, Azərbaycan vətəndaşı sərxoş vəziyyətdə olarkən Şerbakova ən azı 20 yumruq zərbəsi və bundan sonra bir neçə bıçaq xəsarəti yetirib. Faktla bağlı toplanmış materiallar artıq məhkəməyə göndərilib.

Xatırladaq ki, 2013-ci il oktyabrın 10-da Moskvanın Qərbi Biryulova rayonunda 25 yaşlı Yeqor Şerbakov qətlə yetirilmişdi. Bundan sonra Biryulovoda yerli sakinlər tərəfindən kütləvi iğtişaşlar baş qaldırmışdı. Hadisəni törətməkdə şübhəli bilinən Orxan Zeynalov oktyabrın 15-də həbs olunmuşdu.

Orxan Zeynalov Azərbaycanın Şəmkir rayonundandır.
1948 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP