Şrift ölçüsü:
A+
A
A-
Kr
06 May 2014

NİDA-çılara hökm oxundu - Foto

Gənclərə 6 ildən 8 ilə qədər həbs cəzası kəsildi; Məhkəmənin önündə etiraz sədaları və polis zorakılığı

Mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA-çılara hökm oxunub. 

Zaur Qurbanlıya 8 il, Rəşadət Axundova 8 il, Rəşad Həsənova 7 il 6 ay, Məmməd Əzizova 7 il 6 ay, İlkin Rüstəmzadəyə 7 il, Bəxtiyar Quliyevə 7 il, Üzeyir Məmmədliyə 7 il,  Şahin Novruzluya 6 il həbs cazası verilib.

Hökm oxunandan sonra məhkəmə binasının önündə toplaşıb prosesin sonun gözləyənlərə polis və mülki geyimlilər hücum çəkib. Topalşanlar vəhşicəsinə zorakılığa məruz qalıb, döyülüb, pərən-pərən salınıb. Xeyli sayda saxlanılan var. Məlumatlara görə saxlanılanların sayı 20 nəfərdən artıqdır. 

Saxlanılanlar arasında Azadlıq qəzetinin əməkdaşı Xalid Qarayev də var. Sosial şəbəkələrdən və ayrı-ayrı zənglərdən topladığımız məlumatlara görə, saxlanılanlar bunlardır (siyahı tam və dəqiq olmaya bilər):

Xalid Qarayev

Toğrul İbrahim

Türkel Azərtürk

Orxan Rüstəmzadə

Kərim Xalidov

Hüseyn Qarasulu

Ofa Rәsulzadә

Rәsul Mürsәlov

Cavid Hacıbәyli

Tural Abbaslı

Kәmalә Bәnәnlarlı

Şamil Beydulla

Sarvan Әbdülәzimov

Amid Süleymanov

Hacı Zeynallı

Orxan Eyyubzadә

Sәnan Әlioğlu

Seyran Nәbiyev

Kamran Zeynalov

Füzuli Ovçiyev

Orxan Rza

Şәfi Şәfiyev

Nicat Mәmmәdbәyov

Mirseymur Mәmmәdov

Cəmil Hacıyev

Çilənay Türkel

Rəhman Məmmədli

Turan İbrahim

***

Aldığımız məlumatlara görə, saxlanılanlardan Xalid Qarayev, Toğrul İbrahim, Türkel Azərtürk, Kərim Xalidov və Orxan Rüstəmzadə Nəsimi rayon 21-ci polis bölməsinə, Kamran Zeynalov Səbael Polis İdarəsinə aparılıblar.

Prosesdən və məhkəmə binasının qarşısından geniş məlumat verəcəyik.

 

***

NİDA-çıların məhkəməsinin növbəti iclası başlayıb. Bu iclasda NİDA-çılara hökm oxunur. Dövlət ittihamçısı onlara 6 il yarımdan 8 il yarıma qədər həbs cəzası istəyib.

Məhkəmə binasının qarşısına xeyli ictimai və fəal və siyasilər toplaşıb. Polis toplaşanları binanın qarşısından yaxınlıqdakı parka sıxışdırıb. Arada yüngül qarşıdurma da yaranıb. Polislər fəalların qaldırdığı NİDA-çılara azadlıq və ədalətli məhkəmə qərarı tələb edən plakatı onların əlindən zorla alıb.

Prosesi izləməyə diplomatik korpus nümayəndələri də gəlib. 

Proses hələ davam edir.  

8 NİDA-çı gənc ötən ilin mart-aprel aylarında həbs edilib. Onlar xuliqanlıqda, narkotik vasitələri qanunsuz saxlamaqda, kütləvi iğtişaşları təşkiletmə və ya belə iğtişaşlara qatılmaqda ittiham olunurlar. Gənclər ədalətli məhkəmə qərarı və azad olunmaları tələbi ilə aprelin 17-dən aclıq aksiyası keçirirlər.

/azadlıq/

2062 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber