Şrift ölçüsü:
A+
A
A-
Kr
06 May 2014

Nüvə raketi daşıyan Rusiya bombardmançısı ABŞ-a yaxınlaşdı

ABŞ-ın Kaliforniya ştatının sahillərində və Sakit okeandakı Quam adaları üzərində Rusiya strateji bombardmançıları görünüb.

Bu barədə mayın 6-da Birləşmiş Ştatların Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı, general Herbert Karlayl bildirib.

“Rusiyanın Ukrayna və Krımdakı hərəkətləri Asiya-Sakit okean regionuna da birbaşa təsir göstərir. Onlar (Rusiya HHQ-red.) uzaq aviasiyasının köməyi ilə Kaliforniya sahillərinə yaxınlaşıblar və Quam üzərindən uçublar” - deyə general bildirib.

H.Karlayl əlavə edib ki, Rusiya aviasiyası bu yolla kəşfiyyat məlumatları toplamağa çalışıb. General deyib ki, Amerikanın “F-15” qırıcıları Quam adaları üzərində Rusiyanın “Tu-95” strateji bombardmançısının görünməsi ilə bağlı havaya qaldırılıb.

Amerika HHQ komandanı Rusiya strateji aviasiyasının Koreya və Yaponiya sahillərində də intensiv uçuşlar keçirdiyini deyib. O, əlavə məlumat verməkdən imtina edib.

“Tu-95” strateji bombardmançıları nüvə başlığı ilə təchiz olunmuş hava-yer raketləri ilə təchiz edilib və havada yanacaq götürməklə on minlərlə kilometr məsafəyə uça bilir.
1756 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.02.17, 09:38
Vəkil izləndiyini deyir
24.02.17, 22:39
DOĞRU OLMAQ GÜNAHMI?
24.02.17, 20:51
MASALLI ƏHLİNƏ MƏKTUB
23.02.17, 10:53
Bakıda iki sərn