Şrift ölçüsü:
A+
A
A-
Kr
06 May 2014

Tağı Əhmədovun Qazaxdakı otel tikintisi yarımçıq qaldı

Bakı Metropolitenin sabiq rəisi Tağı Əhmədov işdən çıxarılandan sonra onun bir sıra obyektləri əlindən alınıb, bəzi layihələri isə yarımçıq qalıb.

T. Əhmədovun Qazaxda tikdirdiyi böyük otelinin və istirahət mərkəzinin də inşası dayandırılıb.

Tikinti işləri bir ay öncə dayandırılıb. Otelin tikintisinin yarımçıq qalması T. Əhmədovun vəzifədən getməsi ilə əlaqələndirilir.

Qazax rayon sakinlərinin dediyinə görə, obyektinin tikintisinə böyük işçi qüvvəsi cəlb edilibmiş. İşçi sayının çox olmasında məqsəd obyektin tikintisini tez başa çatdırmaq olub.

Amma obyekdə artıq tikinti işləri tamamilə dayandirilib. Yarımçıq otelin ərazisində bir neçə mühafizəçidən savayı heç kimin olmadığı bildirilir.

Qeyd edək ki, T.Əhmədovun həyat yoldaşı əslən Qazax rayonundandır. Metropolitenin sabiq rəisinin Qazaxa sərmayə qoyması və iş qurması da bununla bağlıdır. /Gunxeber/
1551 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber