Şrift ölçüsü:
A+
A
A-
Kr
06 May 2014

MTN hüquq müdafiəçisinin evində axtarış aparıb

Mayın 6-da Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın evində axtarışa başlayıblar.

Bu barədə "Azadlıq" radiosuna hüquq müdafiəçisinin vəkili Samirə Ağayeva məlumat verib.

Ötən şənbə planlaşdırılan axtarış Mətanət Əzizovanın evdə olmaması səbəbindən təxirə salınmışdı.

Hüquq müdafiəçisi hazırda xaricdə səfərdə olduğundan evdə axtarış onun həyat yoldaşının və vəkilinin iştirakı ilə aparılır.

Mətanət Əzizovanın evində axtarış dövlətə xəyanətdə ittiham olunana jurnalist Rauf Mirqədirovun işi ilə bağlıdır. Bundan əvvəl Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun evində və Rauf Mirqədirovun Türkiyədə kirayə qaldığı mənzildə də axtarışlar aparılıb.

***

"Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlının və onun qızı, Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın evində axtarış aparılır. Bu barədə M.Qəhrəmanlı facebook səhifəsində məlumat verib.

Mirvari xanım yazıb ki, özünün və qızının evdə olmamamsından (onların hər ikisi xaricdə tədbirdədirlər) istifadə edərək evlərində axtarış aparılması qanunsuzluqdur.
1540 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber