Şrift ölçüsü:
A+
A
A-
Kr
07 May 2014

Aleksandr Turçinov qismən səfərbərlik haqqında fərman imzalayıb

Ukrayna prezidenti səlahiyyətlərini icra edən Aleksandr Turçinov qismən səfərbərlik haqqında fərman imzalayıb.

“RBK”nın verdiyi xəbərə görə, qismən səfərbərlik Rusiyanın Ukraynanın daxili işlərinə qarışması nəticəsində ölkənin cənub və şərq bölgələrində siyasi vəziyyətin gərginləşdirilməsi, dövlətdə sosial gərginliyin artması ilə bağlı elan olunub. Bu barədə Aleksandr Turçinovun mətbuat xidmətinin açıqlamasında bildirilir.

Qeyd edək ki, fərmana əsasən, qismən səfərbərlik Vinnitsk, Volınsk, Dnepropetrovsk, Donetsk, Jitomir, Zakarpat, Zaporojye, İvano-Frankovsk, Kiyev, Kirovoqrad, Luqansk, Lvov, Nikolayev, Odessa, Poltava, Rovensk, Sum, Ternopol, Xarkov, Xerson, Xmelnitsk, Çerkassk, Çernovitsk, Çerniqov vilayətləri və Kiyev şəhərində elan olunub.

Səfərbərlik fərmanın qüvvəyə mindiyi gündən 45 sutka ərzində tətbiq olunacaq.
1316 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:09
Putindən dün