Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Oktyabr 2013

Uranın zənginləşdirilməsi dayandırmayacaq

İran uranın zənginləşdirilməsini dayandırmayacaq – Tehranın İmam Cüməsi
“İran uranın zənginləşdirilməsindən əl çəkməyib, bundan sonra da əl çəkməyəcək.”

SalamNews-un Fars agentliyinə istinadla verdiyi xəbərə görə, bunu Tehranın müvəqqəti İmam Cüməsi Höccət-ül-İslam Kazım Siddiqi bildirib.

Siddiqi Qərbin nüvə proqramı ilə bağlı iddialarına işarə edərək İranın əvvəldən şəffaf hərəkət etdiyini ölkə inqilabının, mübarizəsinin, seçkilərinin və ümumilikdə, bütün addımlarının hamısının elə əzəldən şəffaf olduğunu bildirib.

Höccətül-İslamın sözlərinə görə, Ayətullah Xamenei nüvə silahının istehsal edilməsinin haram olması barədə fətva verib: "Bundan daha əhəmiyyətli şəffaflıq ola bilməz."

Bildirək ki, ABŞ başda olmaqla bir sıra qərb ölkələri İranın nüvə proqramının hərbi məqsəd daşıdığını iddia edir, rəsmi Tehrana qarşı tətbiq edilən sanksiyaların ləğv edilməsi üçün İrandan fəaliyyətlərin şəffaflaşdırılmasını tələb edirlər.

Yeri gəlmişkən, qeyd edək ki, bu gün ABŞ hökuməti Konqresdən İrana qarşı tətbiq ediləcək yeni sanksiyaların təxirə salınmasını istəyib.
1714 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:11