Şrift ölçüsü:
A+
A
A-
Kr
07 May 2014

Şimal bölgəsində Rusiya bayraqlarının dalğalandığı xəbəri yayıldı

Rusiyanın Krımı ilhaqından sonra “rus təhlükəsi”, “5-ci kolon” ifadələri ölkəmizdə də aktuallaşdı. Bəzi YAP-çı deputatlar Putinə məktub yazdı, Qüdrət Həsənquliyev rus qoşunlarının ölkəmizə yerləşdirilməsi təklifini verdi, sıravi rusmeyllilər Sovet nostaljisi ilə yaşamağa başladılar.

2 gün öncə isə daha maraqlı xəbər yayıldı. Məlumata görə Quba-Qusar bölgəsində Rusiya bayraqları dalğalandırılır və Putinin gəlişi ilə bağlı təbliğat aparılır.

Digər məlumatda isə bildirilir ki, Rusiya vətəndaşı, Dağıstanda yaşayan Mübariz Mursalov adlı şəxs bu il may ayının əvvəlinə qədər bir neçə ay ərzində Xaçmazda olub. O, özünü Dağıstanın Azərbaycandakı nümayəndəliyinin rəhbəri kimi təqdim edir və “Məni bura Ramazan Abdulatipov təyin edib” deyə bildirir. Bildirilir ki, bu adam SSRI zamanında hərbi jurnalist kimi çalışıb. SSRI dağılandan sonra bir müddət Moskvada “Lezginskiy vesti” qəzetini buraxıb. Daim Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edib, “Sadval”ın üzvüdür.

“Sadval”çı Mübariz Mursalovun özünü Dağıstanın Azərbaycandakı nümayəndəliyinin rəhbəri elan etməsi diqqət çəkəndir. Görünür, “Sadval” kartı yenidən gündəmə gələ bilər. Xüsusilə Krımdan sonra Rusiyanın bölgədə yeni oyun qaydaları müəyyənləşdirməsi fonunda bu ehtimal güclənir.

Göründüyü kimi Azərbaycanın şimal bölgəsində, Rusiya küləkləri əsməyə başlayıb.

Sülhəddin Əkbər: «Baş verənlər təsadüf deyil və Ukrayna hadisələrindən sonra «5-ci kolon»un fəaliyyəti güclənib»

Təhlükəsizlik üzrə ekspert Sülhəddin Əkbər hesab edir ki, baş verənlər təsadüfi olmasa da, Rusiyanın təşkilatlanmış qüvvələri ilə bağlı deyil: “Rusiyanın Ukryanaya qarşı təcavüzündən sonra rusmeyllilərin, ”5-ci kolon"un fəaliyyəti hiss olunmağa başladı. Bu gün şimal bölgəsində baş verənlərlə bağlı yayılan məlumatlar da bu faktorla bağlıdır. Ancaq, baş verənlər xüsusi təşkilatlanmış, Rusiyanın xüsusi xidmət orqanlarının diktəsi ilə hərəkət edən qüvvələr deyil. Sadəcə olaraq sıravi adamlar öz arzularını ifadə edirlər.

Ancaq, Azərbaycanın Rusiyanın təzyiqləri ilə üzləşəcəyi realdır. Artıq GUAM üzvü olan 3 ölkə seçimini edib və Avropa Ittifaqı ilə Assosasiya Sazişi imzalayacaq. Iyun ayında Azərbaycandan da konkret mövqe tələb olunacaq. Rusiya Azərbaycanın Gömrük Ittifaqına qoşulmasın tələb edəcək. Azərbaycanın indiki məqamda seçimi mühüm əhəmiyyət kəsb edir. Bölgədə geosiyasi vəziyyət dəyişir. Ona görə də Azərbaycanın seçimi tərəflər arasında ziddiyyətlər yaradacaq və ölkəmizə təzyiqlər artacaq"./azadlıq/
1425 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 18:43