Şrift ölçüsü:
A+
A
A-
Kr
07 May 2014

Xarici siyasətimiz Netenyahonu çıxılmaz vəziyyətə salıb

“Bizim xarici siyasətimiz Benyamin Netenyahoda rahatlıq qoymayıb və İsraili beynəlxalq arenadan təcrid etməyə başlayıb”. İnterAz-ın İrna agentliyinə istinadla verdiyi xəbərə görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkə parlamentində çıxışı zamanı deyib. Nazir ölkə parlamentində İranın nüvə danışıqları və “Hölokost” məsələsi ilə bağlı mövqeyinə işarə edərək, yeni administrasiyanın siyasətini müdafiə edib.

“Biz imkan vermərik ki, sionistlər İranın “Holokost”la bağlı mövqeyindən bizim əleyhimizə istifadə edib bizi təhlükəli ölkə kimi cilvələndirsinlər. İsrail çalışır ki, İran məsələsində özünü məzlum kimi göstərsin. İsrail baş naziri intensiv olaraq, İranın “Holokost”u inkar etməsi barədə dünyaya car çəkir və bizi təhlükəli dövlət adlandırır. Amma bizim hazırki siyasətimiz onu çox narahat edir.”

Bildirək ki, İranın sabiq prezidenti Mahmud Əhmədinejad “Holokost”un saxta tarixə malik olduğunu demişdi.
1326 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:24
P