Şrift ölçüsü:
A+
A
A-
Kr
07 May 2014

Rusiya İranla “kosmik müqavilə” imzaladı

Rusiya İranla kosmik sahədə əməkdaşlıq haqqında müqavilə imzalayıb.
Sazişə əsasən Rusiya raketləri İran peyklərini kosmosa çıxardacaq.

İslam Respublikasının kosmonavtlarını Rusiyada təlimlərdən keçəcək. Bundan əlavə İran Rusiya peyklərinin çəkdiyi Yer planetinin fotolarının alınmasında da maraqlıdır.

“Roskosmos”dan olan mənbə bildirib ki, bu barədə müqavilə aprelin 10-da Tehranda bağlanılıb. Rusiya tərəfdən müqaviləni Federal Kosmik Agentliyinin rəhbərinin müavini Anatoli Şilov, İran tərəfindən isə İran Kosmik Agentliyinin rəhbəri Hamid Fazeli bildirib.

Müqaviləyə əsasən, Rusiya “Resurs – DK” və “Resurs – P” peyklərinin çəkdiyi fotoları İrana təqdim edəcək.
1688 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı