Şrift ölçüsü:
A+
A
A-
Kr
07 May 2014

Jurnalisti döydürən nazir oğlunun dostu çıxdı

“Yeni Müsavat”ın reportyoru Fərahim İlqaroğlunu döyən şəxsin tapılması ilə cinayətin üstü açılmağa başlayıb.
Artıq jurnalistin döyülməsinə iştirak edən Orxan adlı ikinci şəxs də saxlanılıb. Saxlanılanlar Fərahim İlqaroğlunu döymək sifarişini Tural Bayramov adlı şəxsdən aldıqlarını etiraf ediblər.
Tural Bayramovun özü ilə bağlı kifayət qədər maraqlı məlumatlar var. O, K-1 döyüş növü üzrə tanınmış idmançıdır. 72 kiloqram çəki dərəcəsində çıxış edən Tural Bayramov dəfələrlə beynəlxalq yarışlara qatılıb.
Peşəkar döyüşçü vaxtilə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyevin ətrafında olub. Daha sonra Tural Bayramovun Adil Əliyevdən ayrıldığı və nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu Aynar Məmmədovla dostluq eləməyə başladığı bildirilir. Onların birlikdə fotosu da var.
1900 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP