Şrift ölçüsü:
A+
A
A-
Kr
07 May 2014

Sürət Hüseynovdan Səfər Əbiyevə Şuşa ittihamı (Video)

“Şuşaya hərbi təyyarənin uçuşlarına Səfər Əbiyev rəhbərlik edirdi”.

Sabah Şuşanın növbəti işğal günü qeyd olunacaq. 22 il keçsə də bu acı tarix müəmma olaraq qalır. Axı ermənilər Şuşanı necə ala bildilər.

Bu gün mən sizə belə müəmmalardan birinin açarı ola biləcək bir fakt təqdim edirəm.

22 il ərzində Şuşanın işğalında çoxlarının adı hallanıb. Amma sabiq müdafiə nazirinin adını heç kəs çəkməyib. Onun bu xəyanətlə bağlaya biləcək məqamları isə sabiq baş nazir Sürət Hüseynov açıqlayır.

Hamının yaxşı yadındadır ki, Şuşanın işğalından dərhal sonra yayılan söhbətlərdən biri Şuça ətrafının minalardan təmizlənməsi, ikincisi isə Şuşaya uçan hərbi təyyarəmizin öz mövqelərimizi vurması idi.

Həmin uçuşları həyata keçirən pilot mərhum Vaqif Qurbanov olmuşdu. Onun Şuşaya uçuşlarına isə müdafiə nazirliyinin nümayəndəsi kimi Səfər Əbiyev rəhbərlik edib.

Surət Hüseynov Vaqif Qurbanovla bağlı filmi hazırlayarkən mənə verdiyi müsahibəsində həmin günü belə xatırlayıb:

Əlbəttə məsələni daha dəqiq araşdırmaq istintaq orqanlarının işidir. Mən sadəcə faktı nəzərinizə çatdırdım. Nəzərə alın ki, bu faktı tək Sürət Hüseynov yox, Vaqifin digər silahdaşları da deyir. Aşağıdakı videoda Vaqif Qurbanov haqda filmə tam baxıb deyilənlərin hamısını eşidə bilərsiz.

 

/bugun/

2007 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi