Şrift ölçüsü:
A+
A
A-
Kr
07 May 2014

“Rəis bizi tək-tək çağırıb, hədə-qorxu gəlirdi”

NİDA-çıların məhkəməsində saxlanılan fəallardan biri polisdə başlarına gələnləri danışdı

Mayın 6-da NİDA-çılara oxunan hökmə etiraz etdikləri üçün zorakılığa məruz qalaraq saxlanılan fəallar polis bölmələrində də pis rəftara məruz qalıblar. Saxlanılan fəallardan Cəmil Hacıyev azadliq.info-ya polisdə gördükləri qeyri-insani münasibət barədə bəzi məqamları danışıb.

C.Hacıyev deyir ki, saxlanılanlar Nəsimi rayon 21 və 22-ci polis bölmələrinə aparılıb. Sonradan onu, Çilənay Turkeli və Nəcmin Kamili Nəsimi rayon polis idarəsinə aparıblar. “Orada 22-ci polis bölməsindən gətirilmiş daha dörd nəfər var idi. Rəis Musa Musayev və onun köməkçisi saxlanılanları tək-tək qəbul edib, hədə-qorxu gəlirdi. AXCP fəalı Kəmalə Bənənyarlya da növbə çatdı. Onu içəridə incitməyə başaldılar. Mən buna kəskin etiraz etdim. Polislər qarşımı kəsib içəri daxil olmağa qoymadılar. İdarə rəsinin müavini “aparın bunları gətirdiyiniz yerlərə” əmrini verdi. Bizi (Cəmil Hacıyev, Çilənay Turkel və Nəcmin Kamil – red.) yenidən 21-ci polis bölməsinə gətirdilər. Öncə bizə İnzibati Xətalar Məcəlləsinin 298.2-ci maddəsiylə ittiham etsələr də, sonradan 296-cı maddə tətbiq edilərək 50 manat cərimə olunduq. Dedilər ki, cəriməni bu gün “Kapitalbank”a ödəyək və qəbzi polisə təhvil verək. Yoxsa qərarlarını dəyişib, işi məhkəməyə göndərəcəklər”, - deyə C.Hacıyev bildirib./azadlıq/
1387 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP