Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Oktyabr 2013

26 oktyabrda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Oktyabrın 26-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşama doğru az çiskinli olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturunun gecə 8-11, gündüz 15-18 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında
Oktyabrın 26-da əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-11, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti təşkil edəcək.
Aqrometeoroloji şərh
Oktyabrın 25-dən 27-dək respublikanın rayonlarında əsasən isti dayanıqlı və yağıntısız hava şəraiti ehtimal edilir. Yalnız göstərilən müddətin sonunda yenidən yağışların düşməsi gözlənilir. Mərkəzi-aran rayonlarında havanın hərarətinin 2-3 dərəcə yüksələcəyi pambığın yetişməsi, yığımı və qurudulması üçün şəraiti yaxşılaşdıracaq, lakin daha sonra gözlənilən hava şəraiti, yəni dumanların və bəzi yerlərdə yağışların olacağı bu şəraiti yenidən çətinləşdirəcək. Ümumiyyətlə, hava şəraiti payızlıq dənli bitkilərin səpinqabağı işləri, toxum səpini, onların cücərməsi və göyərtilərin çıxması üçün əlverişli olacaq.
1923 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber