Şrift ölçüsü:
A+
A
A-
Kr
08 May 2014

Braziliyada polislər maaşların artırılması tələbi ilə tətilə başlayıblar

Braziliya federal polisi maaşların artırılması tələbi ilə birgünlük tətil elan edib.

BBC-nin verdiyi məlumata görə, ən azı 40 % asayiş keşikçisi tətildə iştirak edir.

Tələblərinin yerinə yetirilmədiyi təqdirdə, polis əməkdaşları yayda Braziliyada keçiriləcək futbol üzrə dünya çempionatı müddətində etiraz aksiyalarına əl atacaqlarını bildiriblər.

Qeyd edək ki, apreldə polisin tətilinə görə cinayətkarlığın kəskin şəkildə artması səbəbindən hökumət ölkənin şimali-şərqində yerləşən Baya ştatına qoşun hissələrini yeritməyə məcbur olub.
1010 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi