Şrift ölçüsü:
A+
A
A-
Kr
08 May 2014

Nigeriyada hücum nəticəsində 300 nəfər qətlə yetirilib

Nigeriyanın şimalı-şərqində naməlum silahlıların hücumu nəticəsində 300 nəfər qətlə yetirilib.

BBC News-un verdiyi xəbərə görə, qanlı insident Kamerunla sərhəddə yerləşən Borno ştatında baş verib. Hücumun “Boko Haram” qruplaşmasının gerçəkləşdirdiyi güman edilir.

Qeyd edək ki, `Boko Haram` silahlıları aprelin 15-də Nigeriyanın şimalında orta məktəbə hücum edərək 200-dən çox məktəbli qızı oğurlayıb.

Xatırladaq ki, “Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır. 2013-cü ilin mayında Nigeriyanın prezidenti Qudlak Conatan ölkədə fövqəladə vəziyyət elan edərək “Boka Haram” qruplaşmasına qarşı hərbi əməliyyatın başlanmasını bəyan edib./apa/
1155 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP