Şrift ölçüsü:
A+
A
A-
Kr
08 May 2014

Dubaydan göndərdiyi milyonlar Moskvada qarət olunan azərbaycanlı kimdir?

3,3 milyonu oğurlananla bağlı ilginc məqam: onun adı Azərbaycanda elə bir siyahıdadır ki...

Moskvanın Şeremetyevo aeroportunda 3,3 milyon ABŞ dolları oğurlanan Azərbaycan vətəndaşının kimliyi müəyyən olunub. Bu barədə APA-nın Moskva müxbirinə Rusiya hüquq-mühafizə orqanlarından məlumat verilib. Məlumatda bildirilir ki, pulu oğurlanan şəxs 1972-ci il təvəllüdlü Abdinli Əli Zeynal oğludur. 

Qeyd edək ki, mayın 5-də 8:50-də Dubay-Moskva reysi ilə gələn Azərbaycan vətəndaşı Abdinli Əli Zeynal oğluna məxsus 3,3 milyon ABŞ dolları qarət olunub.  Hadisənin təfərrüatları barədə APA-nın Moskva müxbirinə məlumat verən hüquq-mühafizə orqanındakı mənbə bildirib ki, Əli Abdinli özünə məxsus böyük məbləğdə pulu daşımaq üçün inkassator firması ilə anlaşıb. Lakin aeroportdan çıxan zaman inkassator avtomobilinin qarşısını OMON formasında olan şəxslər kəsib və 3,3 milyon dolları aparıblar.

“Azadlıq” Əli Abdinli ilə bağlı araşdırma aparıb. Araşdırmalar zamanı ünvanlı sosial yardım alanların siyahısında Abdinli Əli Zeynal oğlu adlı şəxsin olduğu üzə çıxıb. Bu şəxs Nərimanov rayonu Ş.Mustafayev küçəsi ev 27-də qeydiyyatdadır. Məlum olur ki, Moskvada 3.3 milyon dollar pulu oğurlanan Abdinli Əli Zeynal oğlu ilə  adı, soyadı və atasının adı üst-üstə düşən bu şəxsə 01.11.2013-cü il tarixdə ünvanlı sosial yardım verilməsinə başlanıb. O, 31.10.2014-cü il tarixə qədər hər ay 142 manat ünvanlı sosial yardım alacaq. Biz iddia etmirik ki, 3 milyon dollar pulu oğurlanan şəxslə bu şəxs eyni adamdır. Yox əgər belədirsə, o zaman vay bu ölkənin halına!


1186 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber