Şrift ölçüsü:
A+
A
A-
Kr
08 May 2014

“Gümüş Quran” sərgisi açıldı

Sərgi Kazanın Qul Şərif Məscidi içərisindəki İslam Mədəniyyəti Muzeyində açılıb

Tatarıstan paytaxtı Kazanda "Gümüş Quran" sərgisi açılıb.

Hazırlanması 1,5 il davam edən gümüş tabletlər 3-cü xəlifə "Həzrəti Osmanın Quranı"nın bütün xüsusiyyətlərini özündə əks etdirir.

Sərgi Kazanın Qul Şərif Məscidi içərisindəki İslam Mədəniyyəti Muzeyində açılıb.

Kazan İslam Mədəniyyəti Muzeyinin direktoru Nuriyyə Qarayeva təqdim edilən "gümüş Quran"ın Sankt Peterburqda qorunan Həzrəti Osmanın dövünə aid Quran əlyazması ilə eyni olduğunu, lakin oradakının 81 səhifədən meydana gəldiyini, Kazanda sərgilənən Quran səhifələrinin isə 162 gümüş tabletdən meydana gəldiyini bildirib.

Qul Şərif məscidindəki "Gümüş Quran" sərgisi mayın 30-da başa çatacaq.


1319 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:44