Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Oktyabr 2013

Daha bir institutda tələbə aksiyası başlayır

Azərbaycan Turizm İnstitutunun 2-ci korpusunun tələbələri etiraz etməyə hazırlaşır.

AzNews-un məlumatına görə, onlar öz etirazlarını rektora imza toplamaq yolu ilə çatdırmaq istəyirlər. ATİ-nin "feyzbuk" ("Facebook") səhifəsində tələbələrin tələbləri də yer alıb. Onların tələbləri aşağıdakılardır:
1) Qayıb limitinin yığışdırılması;
2) İmtahanların test üsulu ilə keçirilməsi;
3) Aşağı kurslarda kəsrin olarsa, pul ödəməmək;
4) Təcrübəyə daha çox kəsirlə gedə bilmək;
5) 2-ci korpusda şəraitin yaxşılaşdırılması.
Bundan əlavə, onların artıq 250-dən çox imza topladığı və imzatoplama aksiyasının 1-ci gündən əsas korpusda da olacağı qeyd olunub. Tələbələr bildirirlər ki, əgər tələbləri qəbul olunmasa, etiraz aksiyasına başlayacaqlar.
Xatırladaq ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri imtahanların test üsulu ilə keçirilməsi tələbiylə oktyabrın 21-də etiraz aksiyası keçirmişdilər.
1699 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:19