Şrift ölçüsü:
A+
A
A-
Kr
08 May 2014

Azərbaycanda onkoloji xəstələrin sayı durmadan artır

Ekoloji tarazlığın pozulması, gərgin həyat tərzi, keyfiyyətsiz qidalar xəstəliklə nəticələnir

Respublikanın baş onkoloqu Azad Kərimli Azərbaycanda 2013-cü ildə ötən illərlə müqayisədə onkoloji xəstələrin sayının artdığını bildirib. Bəlli olub ki, Azərbaycanda 2011-ci ildə qeydiyyatda 28685 min nəfər onkoloji xəstə olub. Bu rəqəm 2012-ci ildə 31954, 2013-cü ildə isə 34681 nəfər təşkil edib: “Onu da qeyd edim ki, burada ölüm faizi də nəzərə alınır. 2011-ci ildə 11161 nəfər 5 il və ondan yuxarı yaşayanlar qrupuna aid edilib. 28685 xəstənin 11161 nəfəri beş il və ondan çox yaşayanlardır”.

Tibb sahəsi üzrə ekspert Rasif Bağırov qeyd edir ki, onkoloji xəstələrin hazırda artan tendensiyası qəbul edilən qidaların keyfiyyətsizliyi, ekoloji tarazlığın pozulmasıyla, yaşayış şəraitinin gərgin həddə olmasıyla bağlıdır. Ekspertin fikrincə, əvvəlki illərlə müqayisədə ölkədə onkoloji xəstələrin sayı hər il artan tendensiyayla gedir:

“Bu gün həyat tərzinin necə olması, ərzaq təhlükəsizliyinin gözlənməməsi, aldığımız hava, içdiyimiz su, ərzaq adına qidalandığımız hər şey belə ağır xəstəliklərə gətirib çıxarıb”.
1259 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber