Şrift ölçüsü:
A+
A
A-
Kr
08 May 2014

Azərbaycanda hər 75 nəfərdən biri dəlidir

“Əhalinin hər 100 min nəfərinə 1326,6 ruhi xəstə düşür”.

Bu rəqəmi Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib. Onun sözlərinə görə, ölkə üzrə 11 ruhi xəstəxana və dispanser var:

“Bundan əlavə 2 böyük xəstəxananın tərkibində psixiatriya şöbəsi var”.

Rəsmi statistikaya görə, ötən il 4948 nəfərə ilk dəfə psixi xəstə diaqnozu qoyulub. Müalicə-profilaktika müəssisələrində qeydiyyata düşənlərin sayı 2012-ci ildə 121.139 nəfər olubsa, 2013-cü ildə 2.995 nəfər artaraq 124.134 nəfər təşkil edib. Beləliklə, ölkədə 124 mindən artıq ruhi xəstə var.

Onu da bildirək ki, 2013-cü ildə Azərbaycanda ilk dəfə psixi xəstə diaqnozu qoyulmuş xəstələrin sayı 2012-ci illə müqayisədə cəmi 44 nəfər azalıb (4904).

Nazirlik rəsmisi bildirdi ki, xəstələrin bir qismi stasionar müalicədən keçərək ambulator müalicə alır:
“Həkim nəzarətində olan da çoxdur. Mütəmadi olaraq həkim müayinəsindən keçirlər”.

Xırda riyazi hesablama aparsaq görərik ki, ölkədə hər 75 nəfərə 1 ruhi xəstə düşür./axar/
1318 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
</