Şrift ölçüsü:
A+
A
A-
Kr
08 May 2014

Suriyanın Homs şəhərini 980 nəfər tərk edib

Homs şəhərindən silahlı müxalifətçilərin evakuasiya barədə sazişin bütün şərtləri "uğurla yerinə yetirilir". Trend İTAR-TASS agentliyinə istinadən bu barədə mayın 8-də əyalətin qubernatoru Talal əl-Bərrazi bildirib.
"Şəhəri 980 nəfər, əsasən yaraqlılar tərk edib, lakin onlar arasında dinc insanlar - qadınlar və uşaqlar da var", - əl-Bərrazi qeyd edib.
Qubernatorun sözlərinə görə, 62 qiyamçı hakimiyyətə təslim olmaq istədiklərini bildiriblər. "Onlar silahla gəldilər, o cümlədən RPQ və pulemyotlarla və onları hərbi qulluqçulara təhvil verdilər", - əl-Bərrazi deyib.
"Əməliyyat səhər tezdən başlayıb və qüruba qədər davam edib, - qubernator qeyd edib. İnsanları dəstə-dəstə çıxarıblar.
Sövdələşmənin şərtlərinə görə, hər yeni partiya Hələb və Latakiyadan girovların əsirlikdən azad edilməsi barədə məlumat daxil olduqdan sonra yola salınırdı. Cəmi sutka ərzində yaraqlılar orada 70 nəfər, əksəriyyəti qadın və uşaqları buraxıblar".
Əl-Bərrazi bildirib ki, cümə axşamı əməliyyat bərpa olunacaq.
Nəzərdə tutulmuş marşrut üzrə daha 300 nəfəri Der-əl-Kabirə (Homs şəhərindən 20 km aralıqda) şəhərinə təxliyə etmək planlaşdırılır.
Qubernator sazişin həyata keçirilməsində yaxından iştirak edən Homsun müsəlman və xristian icmasının ruhani rəhbərlərinin cəsarətini qeyd edib. Onun sözlərinə görə, hər bir avtobusu (cəmi 24 nəqliyyat vasitəsi istifadə olunub) zamin duran dini xadimlər müşayiət ediblər.
Eyni zamanda Suriyanın şimalına ərzaq çatdırılması üzrə humanitar əməliyyat keçirilib.
1174 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı