Şrift ölçüsü:
A+
A
A-
Kr
08 May 2014

Ağızlarını tikib etiraz etdilər (Foto)

Əfqan qaçqınlar aksiyada əllərində "Siz heç vətəniniz var ikən, vətənsiz qaldınız?", "Bütün insanlar bərabərdir", "Yemək yox, içmək yox, yaxşı nəticələr gözləyirik" şüarları yazılmış plakatlar saxlayıblar.
Türkiyədə əfqanıstanlı qaçqınlar maraqlı və bir o qədər də dəhşətli aksiya təşkil ediblər.
Ankarada əfqan qaçqınlar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının qarşısında mühacirlik hüquqlarının təmin edilməsi tələbi ilə ağızlarını iynə və sapla tikərək aksiya keçiriblər.
Əfqanıstandakı döyüşdən qaçıb Türkiyənin müxtəlif şəhərlərində yerləşən əfqan qaçqınlar aksiyada əllərində "Siz heç vətəniniz var ikən, vətənsiz qaldınız?", "Bütün insanlar bərabərdir", "Yemək yox, içmək yox, yaxşı nəticələr gözləyirik" şüarları yazılmış plakatlar saxlayıblar. Onlar bu müsajlarını dünyaya çatdırmaq üçün həmin şüarları Türkiyə türkcəsində və ingiliscə yazıblar.
Aksiya keçirildiyi üçün bina qarşısında yüksək təhlükəsizlik tədbirləri görülüb.
"Sənədlərimizə baxılmır. Digər qaçqınlar 6 ay burada qalıb, sonra 3-cü ölkəyə gedirsə, biz niyə 6 il burada qalırıq? BMT-dən haqlarımızı istəyirik." - deyə əfqan qaçqınlar öz iradlarını yazılı şəkildə bildiriblər.
Qeyd edək ki, aksiyaçıların ağızlarını tikərək aksiya keçirmələrinə səbəb isə rəsmi qurumların onların səslərini eşitməməsinə mesajdır./ans/



1254 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı