Şrift ölçüsü:
A+
A
A-
Kr
08 May 2014

Mirvari Qəhrəmanlı: “Qızım “erməni işi”nə calanır”

Hüquq müdafiəçisi qızının evindəki axtarışdan danışıb.
Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı hüquq-mühafizə orqanlarının evində apardığı əməliyyat-axtarış tədbirinə etiraz edib.
Qızı, Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovaya aid əşyaların yoxlanılması üçün Qara Qarayev 32, mənzil 53 ünvanında yerləşən evində aparılan axtarış zamanı aidiyyatı olmayan sənədlər götürülüb. Hüquq müdafiəçisi deyib ki, axtarışı aparan qurum mənzilin mülkiyyət sənədini də özləri ilə aparıblar: “Bu onların nəyinə lazımdır? Hətta nəvəmə aid kompüter də götürülüb. Baş Prokurorluq maddi sübut kimi bu aidiyyatı olmayan sənədləri hansı istintaqa vermək istəyir? Qızım Mətanət Əzizova “erməni işi”nə calanır. Bu tamamilə əsassızdır. Milli azadlıq hərəkatı dövründə də övladlarım yanımda bu proseslərdə iştirak edib. Mənim yoldaşımın əsli qarabağlıdır - Füzulidəndir və övladlarım da hər zaman ermənilərə nifrət edib. Heç zaman mənim övladlarım vətənə xəyanət etməzlər”.
M. Qəhramanlı vurğulayıb ki, hazırda tədbirdə iştirak etmək üçün İndoneziyadadır və mayın 9-da Bakıda olacaq.
Xatırladaq ki, Respublika Baş Prokurorluğunun açıqlamasında bildirilib ki, hüquqi qeydiyyat keçməyən Qadın Krizis Mərkəzi adlı Qeyri-Hökümət Təşkilatının rəhbəri Mətanət Əzizovanın qeydiyyatda olduğu və faktiki yaşadığı ünvanda Baş Prokurorluğun Ağır cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin əməkdaşları tərəfindən məhkəmənin qərarı əsasında axtarış aparılıb. Mənzildən iş üçün əhəmiyyət kəsb edən sənədlər və elektron daşıyıcıları aşkar edilərək maddi sübut kimi götürülüb./aznyus/
1208 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:39