Şrift ölçüsü:
A+
A
A-
Kr
08 May 2014

Paşayevlər təklənir?

Hakimiyyətdəki Naxçıvan və Qərbi Azərbaycan qruplaşmalarının birləşdiyi barədə iddialar var

Fövqəladə hallar naziri Kəmaləddin Heydərova yeni müavinlər təyin olunması “fövqəlnazir”in öz maraqlarından irəli gəlir. Bu barədə redaksiyamıza məlumat hakimiyyətdaxili mənbələrdən daxil olub.

Qeyd edək ki, ölkə başçısı Ilham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev və Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovun oğlu Tapdıq Əmiraslanov fövqəladə hallar nazirinin müavini təyin edilib. Ölkə başçısının digər sərəncamı ilə Teymur Mehdiyevə general-mayor rütbəsi verilib.

Ramiz Mehdiyevlə Kəmaləddin Heydərov arasında münasibətlər o qədər də ürəkaçan olmadığına görə Teymur Mehdiyevin “fövqəlnazir”ə müavin təyin edilməsi bəzi mülahizələrə səbəb olmuşdu. Əsas ehtimallardan biri o idi ki, Ramiz Mehdiyev bu təyinatla Kəmaləddin Heydərovu nəzarətə götürüb. Lakin iqtidardaxili mənbələr deyir ki, bu təyinatın kökündə başqa səbəblər dayanır. Iddialara görə, Teymur Mehdiyevlə Tapdıq Əmiraslanovun təyinatı iqtidardakı iki qruplaşmanın - Naxçıvan və Qərbi Azərbaycan qruplaşmalarının bir araya gətirilməsi üçün cəhddir.

Bildirilir ki, Əhliman Əmiraslanov hazırda Qərbi Azərbaycan qruplaşmasının ən nüfuzlu nümayəndələrindən biridir. Ramiz Mehdiyevin isə Naxçıvan qruplaşmasının güclü fiqurlarından olması təzə xəbər deyil. Məlumatlara görə, hakimiyyətdəki “nurçu savaşı” Paşayevlər qruplaşması az da olsa zərbə alıb. Lakin Naxçıvan qruplaşması rəqibini tamamilə sıradan çıxarmaq niyyətindədir. Bu baxımdan güclərin birləşdirilməsi zərurəti yaranıb. Əgər Kəmaləddin Heydərovla Ramiz Mehdiyev Naxçıvan qruplaşmasının ayrı-ayrı qanadlarına rəhbərlik edirdilərsə, artıq onlar bir araya gəlməyi düşünürlər. Həmçinin Qərbi Azərbaycan klanını öz sıralarında görmək istəyirlər. Məlumatda bildirilir ki, hakimiyyət dəhlizlərində Teymur Mehdiyevlə Tapdıq Əmiraslanovun təyinatı məhz belə qiymətləndirilir./azadlıq/
1386 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:25