Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Oktyabr 2013

Baradeyi : "Mübarək iqtidarı davam edir"

3 İyulda Misirdə ölkənin seçilmiş prezidenti Mursiyə qarşı həyata keçirilən hərbi çevrilişə dəstək verən Məhəmməd Baradeyi "çevrilik etdik" deyə etiraf edib, - Yeni Şafak.

Məhəmməd əl-Baradeyi bu dönəmdə etdiklərinin səhv olduğunu söyləyib. Misirdə baş qərargah rəisi Abdulfettah əs-Sisinin həyata keçirdiyi çevrilişdən sonra Baradeyi qurulan keçid hökumətində vitse-prezident elan edilmişdi.

M.Baradeyi Avropa Birliyi XİN rəhbərlərinin keçirdiyi bir yığıncağa qatılaraq bildirib: "Misirdə yaşananlar bir çevrilişdir. Misirdəki oyunu əvvəldən görə bilmədim. Gerçəyi anlayınca vəzifəmdən istefa verdim. Misirdə hələ də Hüsnü Mübarək iqtidarı davam edir".

Misirdəki çevriliş törədənlərə verdiyi dəstəkdən imtina edən Məhəmməd Baradeyi xunta tərəfindən vətən xaini elan edilib. Misiri tərk edən Baradeyi hazırda Avstriyada yaşayır./Deyerler
922 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:24