Şrift ölçüsü:
A+
A
A-
Kr
08 May 2014

HƏMAS İsrailə casusluqda günahlandırdığı iki fələstinlini edam edib

HƏMAS hərəkatı Qəzzanın iki sakinini xəyanət və İsrailə casusluqda günahlandıraraq edam edib. Bununla da Qəzzada İsrailə casusluqda ittiham olunaraq edam edilən şəxslərin sayı 10-a çatıb.

SalamNews-un “əl-Həyat” qəzetinə istinadla verdiyi xəbərə görə, edam olunan iki fələstinli HƏMAS və digər mübarizə hərəkatlarına mənsub şəxslərin yerləri barədə İsrailə məlumat veriblər.

Qəzza hökumətinin Daxili İşlər Nazirliyinin bəyanatında deyilir ki, edam edilən şəxslərin casusluğu nəticəsində xeyli sayda fələstinli döyüşçü İsrailin hədəfinə tuş gələrək şəhid olub.

Bildirək ki, HƏMAS-ın 2007-ci ildə hökumət fəaliyyətinə başlamasından indiyədək Qəzza qurudan və sudan İsrailin mühasirəsində saxlanılır. Zolağın Misirlə sərhəddə yerləşən nəzarət-buraxılış məntəqələri isə çox vaxt bağlı olur və nəzarətdə saxlanılır.

Ekspertlərin fikrincə, fələstinlilərin əsas iki siyasi cinahı olan “Fəth” və HƏMAS-ın vahid hökumət təşkil etməklə bağlı razılaşmaları Qəzza hökumətinin mövqelərini daha da möhkəmləndirəcək və onu təcriddən xilas edəcək.
1190 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı