Şrift ölçüsü:
A+
A
A-
Kr
08 May 2014

Suriyada şiələrin məskunlaşdığı Nubbəl və Zəhra qəsəbələrinə yardımlar daxil edilib

Suriyanın Hələb şəhərinin iki ildir, mühasirədə qalan və şiələrin məskunlaşdığı Nubbəl və Zəhra qəsəbələrinə yardımların verilməsinə başlanılıb.

SalamNews-un "əl-Məyadin" telekanalına istinadla verdiyi xəbərə görə, bu, Homsda əldə edilən atəşkəs razılaşması əsasında baş tutub.

Məlumata əsasən, sözügedən qəsəbələri mühasirədə saxlayan “ən-Nusra Cəbhəsi” dünən yardımların buraxılmasına mane olmaq istəsə də, təzyiqlər nəticəsində yardımlar bölgəyə daxil edilib.

Bildirək ki, razılaşma şərtlərinə uyğun olaraq, Homsda mühasirədə qalan silahlıların artıq 80%-nin şəhəri şimala doğru tərk etdiyi bildirilir.

Qeyd edək ki, sözügedən razılaşma silahlıların Homsun rayonlarını fərdi və yüngül silahları ilə birlikdə tərk edə bilmələrini, bunun qarşılığında Nubbəl və Zəhra royonlarına yardımların buraxılmasını və oğurlanmış qəsəbə sakinlərinin azad edilməsini nəzərdə tutur.
1127 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 10:41